"İndiyədək Azərbaycanda 2 mlrd 58 mln ton neft hasil olunub".
E-huquq.az xəbər verir ki, bunu Milli Neft Komitəsinin iclasında Energetika naziri Pərviz Şahbazov deyib.
O qeyd edib ki, bu həcmin 746 mln tonu müstəqillik dövrünə aiddir: "Hazırda orta gündəlik neft hasilatı, təxminən, 770 min bareldir".
