Məzmuna keç

Prezidentin əfv etdiyi məhbuslar azadlıqda –

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb.

E-huquq.az xəbər verir ki, sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.

Onlardan cəzasının çəkilməmiş hissəsindən azad olunan 475 nəfər azadlığa buraxılıb.

Əfv sərəncamının icrasından fotoları təqdim edirik: