Məzmuna keç

Azərbaycan lideri: “XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik”

"Bizim müharibəmiz – İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik".

E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Cıdır düzündə xalqa müraciət edərkən deyib.

"Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm:

“Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”, – Prezident bildirib.