Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, əməliyyatı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsi əməkdaşları keçiriblər.
Əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, qardaşı S.Mustafayev və S.Məmmədov saxlanılıb.
