Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti “Koroğlu” m/st-sı istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən e-huquq.az-a verilən xəbərə görə, bu səbəbdən də hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcədə Xətai prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.
***
17:58
Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, bir neçə avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.
Hadisə nəticəsində həmin ərazidə tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
