Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu vəfat edib.
E-huquq.az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, hadisə martın 22-də baş verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 20-də imzaladığı sərəncama əsasən, əsgər Zöhrabov İlkin Ramin oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
