“Azərbaycanın bölgəni inkişaf etdirməsi üçün məcburi köçkünlərin torpaqlarına qayıtması böyük əhəmiyyət kəsb edir”.
E-huquq.az-ın məlumatına görə, bunu bu gün Qazaxıstanın Türküstan şəhərində videokonfrans formatında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin qeyri-formal görüşündə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
R. T. Ərdoğan qeyd edib ki, Ramazan bayramından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşanı ziyarət etməyi arzulayır: “Ramazan bayramından sonra Şuşanı ziyarət etməklə, Şuşada yeni bir bayram yaşamağı istəyirik”.
