Azərbaycan Prezidenti İlham Əliyevİtaliyanın Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
E-huquq.az-ın xəbərinə görə, sərəncama əsasən, idmançılar və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılır:
Birinci yeri tutan hər bir idmançı – 50 min manat, onun şəxsi məşqçisi – 25 min manat;
İkinci yeri tutan hər bir idmançı – 30 min manat, onun şəxsi məşqçisi – 15 min manat;
Üçüncü yeri tutan hər bir idmançı – 20 min manat, onun şəxsi məşqçisi – 10 min manat;
Komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
