Azərbaycanda bir məhkəmənin 4hakimində koronavirus aşkarlanıb.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri – Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19-testinin cavabı pozitiv çıxıb.
S.Hacıyev “Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsindən “Report”a faktı təsdiqləyiblər.
