Məzmuna keç

Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.

E-huquq.az xəbər verir ki, hakim Əli Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxıb və onun icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakiminin – Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanovun COVID-19 testinin cavabı pozitiv çıxıb.

Mənbə: APA