Şirvan Şəhər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Teymur Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib.
O bildirib ki, hüquqlarını müdafiə etdiyi T. Babayevin əməlində cinayət tərkibi olmadığı üçün məhkəmə onun barəsində bəraət hökmü verib.
Qeyd edək ki, hadisə 2019-cu ildə Şirvan Şəhərində qeydə alınıb. Teymur Babayevin idarə etdiyi mikroavtobus “VAZ 2107” markalı avtomobilllə toqquşub. Nəticədə avtomobilin sürücüsü dünyasını dəhyişib.
Faktla bağlı cinayət işi başlanıb.
