Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən İbrahimov Mehman Dadaş oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.
Vəkil bildirib ki, təqsirləndirilən Mehman İbrahimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham sübuta yetirilməyib.
Ona bəraət verilib.
İttihama görə, 26 iyul 2019-cu ildə Mehman Dadaşov idarə etdiyi "Ford" markalı avtomobillə Lənkəran şəhərində, Zərifə Əliyeva küçəsi ilə Xiyabani küçəsinin kəsişməsində Axundov Ehtiram Mahmud oğlunun sürdüyü "VAZ-2107" markalı avtomobil toqquşub.
Nəticədə Ehtiram Axundov hadisə yerində dünyasını dəyişib.
