“Artıq Əmək Məcəlləsində dəyişikliklərlə bağlı layihə hazırlanıb”.
E-huquq.az-ın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, artıq dəyişikliklər bir çox qurumlarla razılaşdırılıb: “Məcəllədəki 11 maddə əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir”.
Nazir qeyd edib ki, qısa müddət ərzində Əməyin Mühafizə Mərkəzi də yaradılacaq.
