Məzmuna keç

Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı onlayn tədbir keçirilib

Bu gün Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı onlayn tədbir keçirilib.

E-huquq.az-ın məlumatına görə, təbdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, hökumət üzvləri, QHT rəhbərləri və sahibkarlar iştirak ediblər.

Qeyd edilib ki, məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır. Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir. Əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. BƏT-in əməyin mühafizəsi ilə bağlı Konvensiyaları ölkəmiz tərəfindən qəbul edilib, əməyin mühafizəsi sahəsində dolğun milli qanunvericilik yaradılaraq daim təkmilləşdirilir. BƏT tərəfindən hər il Ümumdünya Əməyin Mühafizəsi Günü müasir çağırışlardan irəli gələn mövzularda elan olunur. Bu il üçün həmin gün “Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövzusuna həsr olunub.

İclasda əməyin mühafizəsi ilə bağlı indiyədək görülən işlər və gələcək layihələrdən danışılıb.

Çıxışçılar Azərbaycanda işçi və işəgötürən münasibətləri, işəgötürən tərəfindən əməyin mühafizəsi, işçi hüquqları və digər mövzulara toxunublar.

Daha sonra tədbir sual-cavab formatında keçirilib.