Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalaya ev hədiyyə edib.
E-huquq.az xəbər verir ki, bu barədə yazıçı özü sosial şəbəkədə məlumat yayıb.
"Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.
Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.
Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!
Qoy həmişə günəş olsun!", – deyə, yazıçı qeyd edib.
