Məzmuna keç

Millət vəkili Baş prokurora müraciət etdi

Milli Məclisin Biləsuvardan seçilən deputatı Bəhruz Məhərrəmov Baş prokuror Kamran Əliyevə müraciət edib.

E-huquq.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biləsuvar rayon Səmədabad kəndinin aralarında şəhid ailələri və qazilər də olmaqla, 200-dən çox sakini mənə müraciət edərək ötən dövr ərzində bir sıra vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edib kənd sakinlərinə məxsus torpaqları qanunsuz olaraq ələ keçirməsi və nəticədə vətəndaşların çətin duruma düşməsindən şikayət etmişdilər. Kənd sakinlərindən daxil olmuş müraciətin araşdırılması üçün bu gün Baş prokuror cənab Kamran Əliyevə müraciət etdim", – deyə millət vəkili qeyd edib.