Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən yaradılmış Mülki hüquq istiqaməti üzrə Vəkillər Kollegiyasının (VK) ixtisaslaşmış üzvlərindən ibarət işçi qrupun iclasları başa çatıb.
Bu barədə e-huquq.az-a işçi qrupunun rəhbəri, vəkil Muxtar Mustafayev məlumat verib. O deyib ki, indiyədək keçirilən iclaslarda Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı təkliflər səsləndirilib.
Təkliflər paketi baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəməyə göndəriləcək.
