Məzmuna keç

Elçin Quliyev Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxladı

Elçin Quliyev Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxladı

İyulun 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə e-huquq.az-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilir ki, gene­ral-polkovnik E.Quliyev sərhəd zastavalarında və sər­həd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb dövlət sər­hədində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşı­rıqlar verib.