Məzmuna keç

Mobil telefon və aksesuarların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alındı

Mobil telefon və aksesuarların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alındı

Mobil telefon və aksesuarların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən e-huquq.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsədə yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 4 ədəd "Redmi Note 7", 1 ədəd "MI 8 lite", 1 ədəd "Samsung Galaxy A50", 1 ədəd "Samsung Galaxy A30", 2 ədəd, "Samsung Galaxy A20" markalı mobil telefonlar, 5 ədəd "qulaqlıq", mobil telefon üçün 11 ədəd qutu, 8 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.

Həmçinin, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, ön oturacaqların altında gömrük nəzarətindən gizlədilmiş 3125 ədəd "Belamorkanal" papirosları aşkarlanıb.