Məzmuna keç

Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoydu –

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

E-huquq.az xəbər verir ki, dövlətimizin başçısına inşa ediləcək ilk yaşayış binası barədə məlumat verilib.

Qeyd olunub ki, ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühandislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.

Dövlətimizin başçısı binanın təməlini qoydu.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.

E-huquq.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Sonra dövlət başçısı şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.