Məzmuna keç

Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dolları və ya 1,49 % azalaraq 99,4 ABŞ dolları təşkil edib.

E-huquq.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 90,56 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,05 ABŞ dolları və ya 1,09 % azalaraq 95,13 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.