Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, S.Bayraktar təbrikini öz tvitter səhifəsində yerləşdirib.
“Can Azərbaycanın kədəri bizim kədərimiz, sevinci sevincimizdir! Ortaq tariximizi, dilimizi, dinimizi və mədəniyyətimizi paylaşdığımız Azərbaycanın Respublika Günü mübarək olsun!”, – S.Bayraktar yazıb.
