Məzmuna keç

Biləsuvarda motosiklet yük maşınına çırpıldı, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü, rayon sakini, 2000-ci il təvəllüdlü Elşən Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.