Azərbaycanda bu gün 44 735 nəfər vaksinasiya olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 414, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 321 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 252 809, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 352 778, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 9 000 31 nəfər təşkil edir.

