Azərbaycanda bu gün 50 988 nəfər vaksinasiya olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 769 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 418 082, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 497 993, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 920 089 nəfər təşkil edir.

