Məzmuna keç

Mingəçevirdə qətl törədildi

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib.


E-huquq.az xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivindəki fərdi təsərrüfatlardan birində baş verib.


1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Hadisənin başvermə şəraiti araşdırılır.