Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Ali Məhkəmə və Vəkillər Kollegiyası tərəfindən birgə təşkil olunacaq inzibati məhkəmə icraatının aktual problemlərinə həsr olunmuş “İnzibati icraatda prosessual sənədlərin tərtibi” adlı ilk onlayn müzakirə 18 iyun 2021-ci il tarixində saat 15.00-da Zoom tətbiq etməsi vasitəsi ilə keçiriləcək.
E-huquq.az xəbər verir ki, müzakirə iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin, yeni açılmış hallara dair ərizələrin, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələrin və digər prosessual sənədlərin tərtibi, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünün yoxlanılması və s. məsələləri əhatə edəcəkdir.
Tədbirdə iştirak etmək istəyən hakimlər və vəkillərdən xahiş olunur ki, 15.06.2021-ci il tarixədək müvafiq olaraq Ali Məhkəmə və Vəkillər Kollegiyası ilə əlaqə saxlasınlar.
Ali Məhkəmə üzrə əlaqələndirici: Ləman Qafarzadə (mobil: 077-744-88-44; e-mail: [email protected])
Vəkillər Kollegiyası üzrə əlaqələndirici: Gülşən Salmanova (mobil: 050-211-27-43; e-mail: [email protected])

