Məzmuna keç

İlham Əliyev və Mehriban Əliyeva media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iyunun 4-də saat 11 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə və yaxınlarına başsağlığı verib.

E-huquq.az xəbər verir ki, başsağlığını şəhid media işçilərinin yaxınlarına Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çatdırıb.