Məzmuna keç

Akademik Çingiz Qacar II Fəxri xiyabanda dəfn edildi

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Qacar dəfn edilib.

E-huquq.az xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, akademik Çingiz Oveys oğlu Qacar iyunun 12-də 92 yaşında vəfat edib.