“Həyata keçirilən dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi, sənaye və investisiya infrastrukturunun inkişafı istiqamətində tədbirlər iqtisadiyyatın şaxələndirilməsinə və davamlı artımın təmin olunmasına töhfə verəcək”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
O bildirib ki, bütün bu tədbirlər nəzərə alınaraq, 2027-ci ildə iqtisadi artımın 2,7%, 2027-2030-cu illərdə orta illik artımın 3,3%, qeyri-neft-qaz sektorunda isə 4,4% olacağı proqnozlaşdırılır.
Nazir müavininin sözlərinə görə, 2030-cu ilədək qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82%-ə çatması gözlənilir.
