“Azərbaycan və Ermənistanın paralel humanitar jestləri – saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram”.
E-huquq.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, bu, iki ölkə arasında etimadın bərpası istiqamətində atılan ilk addımdır: “Avropa İttifaqı bu prosesi dəstəkləyib və irəliləyişin əldə olunması üçün köməyini təklif etməkdə davam edəcək”.
