Məzmuna keç

Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 32 452 nəfər vaksinasiya olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 5 101 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 775 319-dur. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 810 857, ikinci mərhələ üzrə isə 964 462 nəfər təşkil edir.