Məzmuna keç

Xalq artisti Arif Məlikov dəfn olunub

Xalq artisti Arif Məlikov torpağa tapşırılıb

Xalq artisti Arif Məlikov torpağa tapşırılıb.

E-huquq.az “Report”a istinadən xəbər verir ki, mərhum I Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Təhsil naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər, eyni zamanda, mərhumun ailə üzvləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.

Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında 85 yaşında vəfat edib.