İranın hərbi gəmiləri Bakıya gəlib.
Müdafiə Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər.
