Xətai Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hüseyn Muxtarovun cinayət məhkəmə iclası başlayıb.
E-huquq.az xəbər verir ki, hakim Fərid Yaqubovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, bu ilin mayında Xətai rayonu ərazisində, Nobel və Babək prospektlərini bir-biri ilə birləşdirən Fəzail Bayramov küçəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Tipli Səhmdar Cəmiyyətinin Keşlə stansiyasının əməkdaşı H.Muxtarov idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyadanı vurub.
Ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlu hadisə yerində vəfat edib.
Vəfat edən şəxs biznesmendir və “VÜQAR-2” MMC-nin sahibidir.
