Məzmuna keç

Bakıda çay evində ofisiantı öldürən şəxslərin məhkəməsi başladı

Bakıda çay evində ofisiantı öldürən şəxslərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çay evində qətl törətməkdə təqsirli bilinən Sənan Həsənov və Asim Muxtarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 6-na təyin edilib.

Qeyd edək ki, bu il fevralın 3-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki çay evlərinin birində S.Həsənov və A.Muxtarov həmin çay evində işləyən 1993-cü il təvəllüdlü Sahil Əlizadəni bıçaqlayaraq qətlə yetiriblər.

Hadisə hesab üstündə yaranan mübahisə zəminində baş verib.

İstintaq orqanı tərəfindən S.Həsənov və A.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

İmamət Əsgərov