Məzmuna keç

Azərbaycan Ordusunun leytenantı həlak oldu

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyindən e-huquq.az-a bildiriblər ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.