Məzmuna keç

Sabahdan MİQ müsabiqəsində 4 fənn üzrə vakansiya seçimi başlayır

Avqustun 10-u saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Təhsil Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.