Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
E-huquq.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin şəxsin S. Dadaşzadə olduğu aydınlaşdırılıb.
Araşdırmalar zamanı onun heç bir hüquq-mühafizə orqanında xidmət etmədiyi, üzərində gəzdirdiyi silahın isə oyuncaq olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
