Məzmuna keç

“Sədərək”də ümumi sahəsi 1600 m² olan anbarın 900 m² sahəsi yanıb

“Sədərək”də ümumi sahəsi 1600 m² olan anbarın 900 m² sahəsi yanıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sədərək ticarət mərkəzindəki yanğınla bağlı növbəti açıqlamasını yayıb.

E-huquq.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.