Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik saxlamada təqsirləndirilən Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, haki İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun barəsində 6 ay sınaq müddəti təyin edilməklə cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, A.Həsənov ötən ilin oktyabrın 11-də həbs olunub. O, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur.
