Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin səyyar qəbul otağı”nın "Açıq mikrofon"u Füzuli rayonunun Qarabulaq kəndində quraşdırılıb.
Bu barədə e-huquq.az “Azəriqaz”a istinadən məlumat verib.
Məlumata görə, vətəndaşlar açıq şəkildə problemlərini dilə gətiriblər. 4 şəhid vermiş bu yaşayış massivinin sakinləri qış aylarında çəkdikləri əziyyətlərdən danışıblar.
“Azəriqaz” rəhbərliyi hər bir sakinin problemini fərdi qaydada dinləyib və müvafiq göstərişlər verəcək.
