Məzmuna keç

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Avqustun 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 68 204 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 370, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 834 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 739 342, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 380 387, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 358 955 təşkil edir.