Məzmuna keç

Bakıda “bomj”u qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilmədi

Bakıda

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azad Dandışın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Dabdışın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli ("bomj") həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini A.Dandış saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.