Özünü Azərbaycandakı olası inqilabın lideri elan etmiş mühacir Vidadi İsgəndərli başqa bir “inqilabçı” mühaciri – Qurban Məmmədovu zorlamaqla hədələyib.
Bu barədə Vidadi İsgəndərli özünun yaydığı videoda açıqlama verib: “Səni gəlib Lononda zorlamasam, kişi deyiləm…”
Biz oxuculardan üzr istəyərək və 18+ xəbərdarlığı qoyaraq, həmin video-parçanı təqdim edirik. Ona görə ki, azərbaycanlılar görsünlər ki, onlara mövcud hakimiyyəti zorakılıqla devirərək, inqilab və özlərinin hakimiyyətini təklif edənlər hansı tərbiyənin və mədəniyyətin təmsilçiləridirlər.
Beləliklə, Avropadakı “inqilabçı” azərbaycanlılar və keçmiş dostlar aldı görək, nə dedi:
Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış xidməti yoxlama ilə xidməti və icra intizamının kobud pozuntusu hallarına, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların həlli və cinayət işinin ibtidai araşdırması zamanı qanun pozuntuları və ciddi nöqsanlara yol verdiyinə görə Baş prokurorun 18 avqust 2002-ci il tarixli əmri İsmayıllı rayon prokurorluğunun böyük müstəntiqi Vidadi İsgəndər oğlu İsgəndərov prokurorluq orqanlarından xaric edilmişdir.
Göyçay rayon məhkəməsi hüquq müdafiəçisi Vidadi İsgəndərovun üç il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Vidadi İsgəndərov Cinayət Məcəlləsinin 159.3 (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1 (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) və 132-ci (döymə) maddələri ilə təqsirli bilinib.
Hökm elan olunduqdan sonra o, etiraz əlaməti olaraq arxasını məhkəməyə çevirib. Zalda iştirak edənlər isə “İstefa!”, “Diktatorlara ölüm!”, “Vidadi İsgəndərova azadlıq!” şüarları səsləndirib.
Vidadi İsgəndərovun barəsində cinayət işi üzrə məhkəmə baxışı
2010-cu ildə keçirilmiş parlament seçkiləri zamanı 89 saylı Ağdaş-Göyçay seçki dairəsinin seçki məntəqəlrində seçikni pozmağa yönəlmiş hərəkətlər etmiş Vidadi İsgəndərovun barəsində cinayət işinin məhkəmə baxışı 03 avqust 2011-ci il tarixdə Göyçay rayon vəhkəməsində davam etdirilmişdir.
Xatırladaq ki, seçki günü – 7 noyabar 2010-cu il tarixdə Vidadi İsgəndərov başına topladığı bir qrupp şəxslə həmin dairənin 2, 16 və 17 saylı məntəqəlrinə gələrək seçki komissiyalarının fəaliyyətinə qanunsuz müdaxilə etmiş, komissiya üzvləri, müşahidəçilər və seçiçilərə qarşı zor tətbiq etməklə, onları hədələyərək yüzlərlə seçki bülletenlərini oğurlayıb aparmış, müşahidəçi Araz Ələkbərova bədən xəsarəti yetirmişdir.
Məhkəmə baxışının ilk günlərdən Vidadi İsgəndərovun proses iştirakçılarına, zərər çəkmiş şəxslərə və şahidlərə təziqlər göstərməsi, məhkəmə zalında olan şəxsləri təhqir etmsəi, onlara qarşı hədələr yağdırmaqla onları öz ifadələrindən çəkindərməyə çalışması ilə müşahidə olunur.
Eyni zamanda, məhkəmə iclaslarında bəzi təəccüb doğuran açıqlamalar oldu.
Belı ki, dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov ifadəsində açıqladı ki, Vidadi İsgəndərov deputatlığa namizəd kimi qeydə alınması zamanı müvafiq sənədlər tərtib edərkən özünü əvvəl Daşnaksutyun, sonra isə faşist partiyasının üzvü kimi təqdim etmiş, yalnız Azərbaycanda belə partiyaların mövcud olimadığı bildirildikdə o, özünü müstəqil namizəd kimi qeyd etmişdir. Şahid həmçinin göstərdi ki, Vidadi İsgəndərov ilk gündən bəyan etmişdir ki, onun məqsədi parlamentə seçilmək deyil, seçkini pozmaqdır.
Həmin gün dindirilmiş şahidlər Ələsgər Rüstəmov və Qənimət Əhmədova isə bildirdilər ki, seçki günü öz dəstəsi ilə 17 saylı məntəqəyə hücum etmiş Vidadi İsgəndərov özünü əsl «Rusiya skinxendi» kimi apararaq komissiya üzvlərini və vətəndaşları söyüb təhqir etmiş, onlara qarşı zor tətbiq etməklə bir saatdan artıq müddət ərzində seçkini pozmuşdur.
Məhkəmə prosesində ifşa olunduğunu görən Vidadi İsgəndərov şahid Ələsgər Rüstəmovu «başını kəsdirəcəyi» ilə hədələmiş, dövlət ittihamçısının etirazına əsasən məhkəmə tərəfindən ona şahid və zərərçəkmişlərə təziq etdiyinə, məhkəmə qaydalarını pozduğuna görə xəbərdarlıq edilmişdir.
Musavat.com
