Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Qorxmaz Əliyevin cinayət işi cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.
Məhkəmənin baxış iclası avqustun 16-na təyin edilib.
Qeyd edək ki, ötən il noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər.
Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.
Xəzər rayon Polis İdarəsi 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Q.Əliyev saxlanılıb, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış "Naqan" tipli tapança götürülüb.
