Məzmuna keç

Qırğızıstanın keçmiş prezidenti saxlanıldı

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev saxlanıldı

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.

E-huquq.az-ın xəbərinə görə, bu barədə TASS-a keçmiş dövlət başçısının qərargahından məlumat verilib.

"Bir neçə xüsusi təyinatlılar Atambayevin evinə yaxınlaşıb, oradan atəş səsləri eşidilir. Əməliyyat zamanı, təxminən, 10 nəfər yaralanıb", – qərargahdan bildirilib.

Xatırladaq ki, iyunun 27-də Qırğızıstan parlamenti respublikanın sabiq prezidenti Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğv edib. Onun adı qanun pozuntusu ilə bağlı bir neçə epizodda hallanır. Qırğızıstanın sabiq rəhbəri torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinə kömək göstərməkdə, Bişkek istilik elektrik stansiyasının yenidən qurulması zamanı korrupsiya hallarına yol verilməsində, kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz buraxılmasında, həmçinin Çuy vilayətinin Koy-Taş kəndində ev tikdirmək üçün qanunsuz olaraq torpaq sahəsi almaqda ittiham edilir.