Azərbaycanda məhkəmə iclaslarının təxirə salınması ilə bağlı yenilik tətbiq ediləcək.
E-huquq.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi tərəfindən layihə hazırlanıb. Artıq məhkəmə iclaslarının təxirə salınmasına müəyyən limit qoyulacaq.
Belə ki, kiçik iddialar (sadələşdirilmiş icraat) üzrə prosedur qaydalarının, məhkəmə iddialarının baxılma müddətlərinin, habelə məhkəmə proseslərinin təxirə salınması üzrə maksimum say və təxirəsalınmasının xüsusi hallarının tətbiqi barədə layihə qəbul edilib.
Layihənin detalları hələ ki, açıqlanmayıb.
