Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Sumqayıt Məhkəmə Kompleksində yaradılan şəraitlə bağlı açıqlama verib.
E-huquq.az-ın məlumatına görə, o bildirib ki, kompleksdə hakimlər və məhkəmə aparatı işçiləri üçün çox mükəmməl şərait yaradılıb: "Eyni zamanda vətəndaşlar və tərəflər üçün də yaxşı şərait yaradılıb. İnformasiya və kommunikasiya texnikasının yerləşdirilməsi, ondan istifadə və müraciət zamanı məhkəmə proseslərinin gedişində İKT-dən istifadə nəzərdə tutulub. Burada 24 məhkəmə iclas zalının olması işlərin vaxtında təyin edilməsi, proseslərin vaxtında keçirilməsi və süründürməçiliyin aradan qaldırılmasına gətirib çıxaracaq. Bu da şübhəsiz ki, vətəndaşlarımızı məmnun edəcək və onların hüquqlarının daha geniş müdafiəsinə zəmin yaradacaq".
T. Paşayev qeyd edib ki, məhkəmə kompleksində il ərzində təxminən 28-32 min işə baxılacaq.
Sevgül Qasımzadə
