Məzmuna keç

Daxili işlər orqanlarında kadr dəyişikliyi oldu

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

E-huquq.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov Şirvan Şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.

O, bu təyinata qədər Goranboy Rayon Polis Şöbəsində çalışıb.